Bakıda itkin düşmüş qızın özünü dənizə atdığı məlum olub

Bakı. 11 may. REPORT.AZ/ Bakı şəhəri, Nəsimi rayonunda itkin düşmüş 19 yaşlı qızın özünü dənizə atdığı məlum olub.

“Report”un xəbərinə görə, mayın 4-də itkin düşmüş 1998-ci il təvəllüdlü Nailə Məmmədovanın (ad və soyad şərtidir) 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi müəyyənləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, qız intihar məqsədi ilə özünü dənizə atıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41