Bakıda intihara cəhdin qarşısı alınıb

Bakı. 9 iyun. REPORT.AZ/ Gecə saatlarında Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər özünü öldürmək məqsədi ilə yüksəkgərginlikli elektrik dirəyinə çıxıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin hadisə yerinə cəlb olunaraq apardıqları psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54