Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Qara Qarayev metrosunun yaxınlığında iki avtomobilin toqquşması nəticəsində 2004-cü il təvəllüdlü İslamov Əli Zəki oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Digər xəbərlər

Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48