Bakıda iki polis zabiti işdən çıxarılıb, onlar barəsində araşdırma başlanılıb

Bakı. 27 aprel. REPORT.AZ/ Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) iki əməkdaşı işdən çıxarılıb. "Report" xəbər verir ki, PB-nin baş təhqiqatçısı polis mayoru Mehbalı Rzayev və təhqiqatçı polis kapitanı Cəmil Əkbərov işlərində yol verdikləri nöqsanlara görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilib.

Bundan başqa, M.Rzayev və C.Əkbərovun yol verdikləri qanun pozuntuları barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində araşdırma başlanılıb.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 10 yanvar, 2026 / 19:12