Bakı. 24 fevral. REPORT.AZ/ Bakının Nizami rayonunda iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, rayonun 8-ci kilometr bazarı qarşısında "Prado" markalı avtomobil "Mercedes"ə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, maşınlara cüzi ziyan dəyib.