Bakıda iki gənc oğlan yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Mustafayev Yusif Vahid oğlu və 1998-ci il təvəllüdlü Şıxzadə Nadir İlkin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Müayinə zamanı Y.Mustafayevə qapalı kəllə-beyin travması və alın nahiyəsinin əziyi, N.Sıxzadəyə isə baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29