Bakıda gənc qadın və rəfiqəsinə yaşadığı evin qarşısında 12 bıçaq zərbəsi vurulub

Bakı. 30 avqust. REPORT.AZ/ Səhər saat 5:00 radələrində Bakının Nizami rayonunda iki gənc qadın bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Qara Qarayev prospekti, ev 61 ünvanında yerləşən binanın giriş qapısının qarşısında baş verib.

1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Mikayılova Elnarə Yanar qızına naməlum şəxs və ya şəxslər tərəfindən hər birinə 6 bıçaq zərbəsi vurulub. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39