Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Nərimanov rayonunda iki nəqliyyat vasitəsi toqquşub.

Hadisə zamanı sərnişin, 1953-cü il təvəllüdlü Almazova Gülnarə Ağaxan qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57