Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Paytaxt Bakıda xəsarətlə nəticələnən növbəti yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 2003-cü il təvəllüdlü Şahbazov Nəriman Hikmət oğlu bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59