Bakıda iki avtomobil toqquşub, 39 yaşlı qadın xəsarət alıb

Bakının Nərimanov rayonunda 39 yaşlı qadın yol qəzasında xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Mehdiyeva Fəzilə Məmmədmirzə qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47