Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda İran vətəndaşının etibarından sui-istifadə edilərək ona məxsus mağazadan 88 min dollar dəyərində tikinti ləvazimatları götürülüb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.

Rayonun Dadaş Bünyadzadə küçəsində yerləşən tikinti ləvazimatları mağazasının sahibi 1973-cü il təvvəllüdlü Əmirli Məcidli Cəfər hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2016-ci il avqustun 25-də Hafiz və Asim adlı şəxslər mağazadan 88 min dollar məbləğində kafel və metlax alıblar, lakin pulunu ödəməyiblər.

Faktla bağlı müvafiq axtarış tədbirləri keçirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47