Bakıda hündürmərtəbəli binadan düşən alkopon qadına xəsarət yetirib

Bakı. 6 iyul. REPORT.AZ/ Bakıda hündürmərtəbəli binanın fasad hissəsindən qoparaq yerə düşən alkopon qadına xəsarət yetirib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospekti 64/68 ünvanının qarşısında qeydə alınıb. Burada binanın fasad hissəsindən alkopon qoparaq 1981-ci il təvəllüdlü Tamilla Əmirovanın üstünə düşüb. Nəticədə qadın xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47