Bakıda hündürmərtəbəli binada yanğın olub - FOTO

Bakı. 21 may. REPORT.AZ/ Bakının Xətai rayonu ərazisində yerləşən hündürmərtəbəli binalardan birində yanğın baş verib.

"Report" xəbər verir ki, hadisə "Xətai" metrostansiyası yaxınlığındakı binanın 15-ci mərtəbəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

İlkin məlumata görə, yanğın ütünün cərəyana taxılmış vəziyyətdə qalması səbəb olub.

Digər xəbərlər