Bakıda "Hummer" avtomobilindən oğurluq edilib

Bakıda avtomobildən oğurluq edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Sulutəpə qəsəbəsi ərazisində "Hummer" markalı bir avtomobildən içərisində pul və sənədlər olan pulqabı oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini S.Yolçuyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər