Bakıda güclü külək zamanı daş hasar gənc oğlanın üzərinə aşıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıda güclü külək zamanı daş hasar gənc oğlanın üzərinə aşıb

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib

Belə ki, Biləcəri qəsəbəsində 1992-ci il təvəllüdlü Əliyev Əhməd Fərman oğlu yol kənarı ilə hərəkət edən zaman güclü küləyə tab gətirməyən daş hasar uçub. Nəticədə daşlar Ə.Əliyevin üzərinə düşüb. O, xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Həkimlər Ə. Əliyevin vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Digər xəbərlər