Bakıda görmə məhdudiyyətli kişi ehtiyatsızlıqdan özünü bıçaqlayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakıda görmə məhdudiyyətli kişi ehtiyatsızlıqdan özünü bıçaqlayıb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Dadaş Bünyadzadə küçəsində yaşayan 1978-ci il təvəllüdlü Quliyev Elmar Zülfüqar oğlu yaşadığı evdə kök təmizləyərkən ehtiyatsızlıqdan bıçaqla qarın nahiyəsinə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, E.Quliyev gözdən əlildir.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21