Bakıda gənc sürücü qəza törədib

Bakıda 22 yaşlı gənc sürücü qəza törədib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. 2000-ci il təvəllüdlü İbrahimov Kamal İsmayıl oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Hadisə zamanı xəsarət alan K.İbrahimov təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45