Bakıda gənc qızı avtomobil vurub

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda gənc qızı avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, metronun "Neftçilər" stansiyasının yaxınlığında 10-SG-125 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Nadirova Aksana Sabir qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

Fakt araşdırılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37