Bakıda gənc oğlan üstünə su çəni aşması nəticəsində ağır xəsarət alıb

Bakı. 8 iyun. REPORT.AZ/ Bakıda gənc oğlanın üstünə su çəni aşıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Yasamal-2, 187 ünvanında hərəkət edən 1993-cü il təvəllüdlü Həsənov Kamran Vahid oğlu üstünə plastik su çəni düşməsi nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər K.Həsənovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Digər xəbərlər