Bakıda gənc oğlanı elektrik cərəyanı vurub

Bakı. 26 avqust. REPORT.AZ/ Bakıda gənc oğlanı elektrik cərəyanı vurub.

"Report" xəbər verir ki, bədbəxt hadisə Səbail rayonunda baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Elvin İsmayılov R.Rüstəmov küçəsində yaşadığı evdə iş görərkən ehtiyatsızlıqdan elektrik naqilinə toxunub. Nəticədə onu cərəyan vurub. 

E.İsmayılov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin dəqiq təfərrüatları araşdırılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45