Bakıda gənc oğlanı avtomobil vurub

Bakının Qaradağ rayonunda 23 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, 1999-cu il təvəllüdlü Həsənov Həsən Vüqar oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər