Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Suraxanı rayonunda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Məmmədzadə Arif Mahir oğlu xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57