Bakının Nərimanov rayonunda 22 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
"Report"un məlumatına görə, 2001-ci il təvəllüdlü Məmmədov Əmir İlqar oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya catdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.