Bakıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb

Bakı. 1 avqust. REPORT.AZ/ Bakıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Qədirli küçəsində 1992-ci il təvəllüdlü Kərimov Coşqun Əli oğlu qonşuluğunda yaşayan iki nəfərlə mübahisə edib. C.Kərimov ayaq və sağrı nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14