Bakıda gənc oğlan özünü bıçaqlayaraq intihara cəhd edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1992-ci il təvəllüdlü Vəliyev Niyaz Araz oğlu Lökbatan qəsəbəsindəki evində qarın nahiyəsinə bıçaqla xəsarət yetirib

O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis bölməsində araşdırma aparılır.

Digər xəbərlər