Bakıda gənc oğlan metro kartına görə bıçaqlanıb

Bakı. 3 mart. REPORT.AZ/ Bakıda gənc oğlan metro kartına görə bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonu ərazisində, metronun "İnşaatçılar" stansiyasının çıxışında baş verib. 

Belə ki, 1991-ci il təvəllüdlü Yusifov Ramin Ələddin oğlu metrodan çıxan zaman tanımadığı orta yaşlı kişi (hələlik adı məlum deyil) ona yaxınlaşaraq metro kartının olub-olmadığını soruşub. R.Yusifov yox cavabı verəndə naməlum şəxs onu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları gəlib. R.Yusifovun izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39