Bakıda gənc oğlan dəm qazından zəhərlənib

Bakıda zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Sabunçu qəsəbəsində 1995-ci il təvəllüdlü Məmmədov Fərhad Teyyüb oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkən təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər