Bakıda gənc oğlan dəm qazından zəhərlənib

Bakıda zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Quliyev Kamran Telman oğlu dəm qazından zəhərlənib.

K.Quliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56