Bakıda gənc motosikletlə qəza törədib

Bakıda 24 yaşlı gənc motosikletlə qəza törədib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Sadıqov Azər Böyükağa oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14