Bakıda gənc intihara cəhd edərək özünə xəsarət yetirib

Bakıda 28-29 yaşlı gənc intihara cəhd edərək özünə xəsarət yetirib.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Qara Qarayev prospekti 74 ünvanında gənc (şəxsiyyəti dəqiqləşdirilir-red) ülgüclə sağ əlinin biləyinin damarlarını doğrayıb. O, çoxlu qan itirdiyindən koma vəziyyətinə düşüb.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. İntihara cəhdin səbəbi hələ məlum deyil. 

Ramin Şahbazov

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41