Bakıda gənc ayağından bıçaqlandı

Bu gecə Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Əzimov Elnur Mübariz oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər