Bakıda FHN əməkdaşları 28 yaşlı gənci ölümdən xilas edib

Bakının Pirallahı rayonunda intihara cəhdin qarşısı alınıb.

"Report"un məlumatına görə, Qala qəsəbəsində 1995-ci il təvəllüdlü Mehtiyev Yalçın Fərman oğlu yaşadığı evdə kəsici alətlə bədəninə çoxsaylı kəsici alətlə xəsarətlər yetirib.

Y.Mehtiyev hadisə yerinə gələn FHN-nin xilasetmə qrupu tərəfindən yaşadığı evdən çıxarılaraq təcili tibbi yardımın əməkdaşlarına təhvil verilib və xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona komatik vəziyyət diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47