Bakıda fərdi yaşayış evindən pul və 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakıda fərdi yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Ümid Əkbərov küçəsi 86 ünvanında yerləşən 1957-ci il təvəllüdlü Almaz Sayadovaya məxsus fərdi yaşayış evindən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər evin qapısını açarseçmə yolu ilə açaraq içəri daxil olub. Oradan 1 500 manat pul və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39