Bakıda fəhlə binada işləyərkən ölüb

Bakı. 17 mart. REPORT.AZ/ Bakıda yarımtikili binada təmir işləri aparan yaşlı kişi iş zamanı ölüb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

1962-ci il təvəllüdlü Talıbov Məqsəd Mətləb oğlu yarımtikilidə daş daşıyarkən qəfil keçinib. Onun ürəktutmasından öldüyü ehtimal edilir. 

Hadisə yerinə Yasamal Rayon Prokurorluğunun və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49