Bakı. 30 iyul. REPORT.AZ/ Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xətai rayonu ərazisində inşa edilən binanın 10-cu mərtəbəsindən, orada işləyən Bakı şəhər sakini Mirhəmid Mehdiyev ehtiyatsızlıq nəticəsində yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə "İdeal inşaat" MTK-ya məxsus binasda baş verib.