Bakıda evin damında partlamış su borusunu təmir etmək istəyən kişi ürək tutmasından ölüb

Bakı. 5 fevral. REPORT.AZ/ Gecə saatlarında Bakının Nərimanov rayonunda 1 nəfər beşmərtəbəli binanın damına çıxaraq partlamış su borusunu təmir etmək istəyərkən ürək tutmasından vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq 1938-ci il təvəllüdlü Əzimov Hüseyn Səməd oğlunun cəsədini binanın damından endirərək aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39