Bakıda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bakının Pirallahı rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əsgər Eyvazov saxlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47