Bakıda evdən pul oğurlayan şəxs tutuldu

Bakıda evdə oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə aprelin 15-i gecə saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs S,Əliyevin evindən 1 000 ABŞ dolları oğurlayıb.

Daha sonra S.Əliyev hadisə barədə polis əməkdaşlarına məlumat verib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Elşən İsayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26