Bakıda evdən pul və zinət əşyaları oğurlanıb

Bakı. 16 aprel. REPORT.AZ/ Bakıda evdən pul və zinət əşyaları oğurlanıb. 

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. 

Belə ki, qəsəbənin Y. Saratov küçəsində yaşayan 1966-cı il təvəllüdlü Nailə Hüseynovanın evinin pəncərəsinin dəmir barmaqlığı açılıb və evə daxil olma yolu ilə 2000 manat, habelə 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 

Fakta bağlı hüqquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27