Bakıda evdən 2 000 manatlıq çilçıraq oğurlanıb

Bakıda evdən 2 000 manat dəyərində çilçıraq oğurlanıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, mayın 2-də Nizami rayonu ərazisindəki evlərin birindən 2 000 manat dəyərində çilçırağın qeyri-aşkar şəraitdə oğurlanması barədə piolisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini Eldəniz Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41