Bakıda evdən 12 min dollar və qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıda evdən 12 min dollar və qızıl-zinət əşyaları oğurlanıb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Suraxanı rayon Polis idarəsinin 30-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 12 000 ABŞ dolları, qızıl-zinət əşyaları və qol saatı oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakini Sergey Pimenov saxlanılb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41
Azərbaycanda zəlzələ olub 26 noyabr, 2026 / 20:56