Bakıda evdə 48 yaşlı qadın meyiti tapılıb

Bakıda evdə 48 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Hüseynova Könül Fərrux qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14