Bakıda ev yanıb, bir nəfər xəsarət alıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bakıda ikimərtəbəli ev yanıb.

FHN-dən “Report”a verilən məlumata görə, Yasamal rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37