Bakıda ər arvadını döyərək ağır xəsarət yetirib

Bakıda ər arvadına ağır xəsarət yetirib.

“Report” xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Bayıl qəsəbəsində ailə münaqişəsi zəminində 1980-ci il təvəllüdlü Əhmədova Nina Tofiq qızı baş nahiyəsindən zərbə alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun baş nahiyəsinə əzilmiş-kəsilmiş yara və kəsik qanitirmə diaqnozu qoyulub.

Faktla bağlı polisə məlumat verilib, hadisənin təfərrüatları araşdırılır.

Ramin Şahbazov

Digər xəbərlər