Bakıda elektrik faciəvi şəkildə ölüb

Bakı. 10 iyun. REPORT.AZ/ Bakıda elektrik faciəvi şəkildə ölüb. 

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Balaxanı qəsəbəsində 1990-cu il təvəllüdlü Ruslan Səlimov taxtadan olan elektrik dirəyinə qalxarkən dirək qırılıb. Nəticədə o, dirəklə birlikdə yerə çırpılıb və baş beynindən ağır xəsarət alaraq hadisə yerində ölüb.

Qeyd edək ki, R.Səlimov Balaxanı qəsəbəsində elektrik kimi fəaliyyət göstərib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47