Bakıda əcnəbilərin kirayə yaşadığı mənzildən oğurluq edən qadın saxlanılıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda əcnəbilərin kirayə yaşadığı mənzildən oğurluq edən qadın saxlanılıb. 

"Report"a xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Yasamal rayon Polis idarəsinin 27-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 əcnəbi vətəndaşın rayon ərazisində kirayədə yaşadıqları mənzildən 650 ABŞ dolları və 500 türk lirəsini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb.

Digər xəbərlər