Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxslər saxlanılıblar

Bakı. 30 avqust. REPORT.AZ/ Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxslər saxlanılıblar.

“Report” xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. 

Belə ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də əcnəbi vətəndaş Ayoub Tavfeqə məxsus 340 manat və 3000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Məmmiyev və Vüqar Qurbanov tutulublar.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39