Bakıda dükandan 1550 manatlıq üzük oğurlanıb

Bakı. 28 avqust. REPORT.AZ/ Bakıda dükandan 1550 manatlıq qızıl üzük oğurlanıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. 

Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki mağazaların birindən 1550 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xalidə Quliyeva saxlanılıb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45