Bakıda dairədə gənc oğlanı avtomobil vurub

Bakı. 27 yanvar. REPORT.AZ/ Paytaxtın Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 4-cü mikrorayon dairəsindən keçmək istəyən 1991-ci il təvəllüdlü Məmmədov Valeh Vaqif oğlunu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər