Bakıda çoxmərtəbəli binada yanğın baş verib, 40 sakin təxliyə edilib

Bakı. 24 aprel. REPORT.AZ/ Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 sakin təxliyə, 8 azyaşlı xilas edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34